Jan 07

İrandan Azərbaycana qayıtmaq istəyən tələbə şərlənərək həbs olundu - FOTO

Qum şəhərində dini təhsil alan Azərbaycan vətəndaşı Davud Səfər oğlu Səfərov Vətənə qayıtmaq istəyərkən İran sərhədçiləri tərəfindən həbs olunub.

Bu barədə “Azad İran” “Telegram” kanalı onun yaxınlarına istinadla xəbər verib.

Məlumata görə, S.Davud 2021-ci ildən “İmam Xomeyni” mədrəsəsində dini təhsil alıb. Tədris prosesində siyasi mövzular, anti-Azərbaycan dərsləri təbliğ olunduğundan, eləcə də tələbələrin sosial durumunun pis vəziyyətinə görə Davud İranda oxumağa davam etmək istəməyib. Yaxınlarının dediyinə görə, ona hətta qanunsuz silahlı qruplaşma kimi fəaliyyət göstərən “Hüseyniyyun” təşkilatına qoşulması üçün İran hüquq-mühafizə orqanları tərəfindən təzyiqlər də göstərilib.

Qarşılaşdığı haqsızlıqlardan, qeyri-insani davranışlardan bezən S.Davud Azərbaycana qayıtmaq istəyib. Ancaq sənədlərinin düzgün olmadığı bəhanəsi altında İran sərhədçiləri tərəfindən saxlanıb və sərhəddən buraxılmayıb. Onun xarici pasportu əlindən alınıb və azadlığı məhdudlaşdırılıb.

Kanaldan o da vurğulanıb ki, son zamanlar İranda dini təhsil alan tələbələrin Azərbaycana qayıtmasına maneələr yaradılır, onlar hədə-qorxu ilə İranda qalmağa və oradan sosial şəbəkələr və media üzərindən Azərbaycan əleyhinə radikal dini fəaliyyət aparmağa məcbur edilirlər.

 

Bənzər xəbərlər

Gündəm

0.026715993881226