Almaniyanın bir çox bölgəsi sel sularının altında qaldı - FOTO
Almaniyanın çaylarında suyun səviyyəsi hələ də yüksəlir. Şənbə günü axşama qədər azalma gözlənilmir.
Bu barədə Almaniya mətbuatında məlumat yayılıb.
Aşağı Saksoniyada vəziyyət xüsusilə ağırdır. Şimali Reyn-Vestfaliyada Rur çayı öz sahillərindən çıxıb. Vismar liman şəhərinin yerli hakimiyyət orqanları bəndlərin və qum torbalarının köməyi ilə öz tarixi binalarını sudan qorumağa çalışırlar.
Kinziq çayı da həmçinin öz sahilindən çıxıb. Elba çayında suyun səviyyəsində xeyli artım müşahidə olunub: burada suyun normal səviyyəsi 2 metrdir, hazırda isə 5,45 metrdir.
Avropanın təbii fəlakətlərdən mühafizə proqramı çərçivəsində fransalı xilasedicilər Almaniyaya gəliblər. Onların vəzifəsi Vinsen (Aşağı Saksoniya) bələdiyyəsində bənd tikməkdir.
Almaniya kansleri Olaf Şolts yerli əhalinin daşqının nəticələri ilə fəal mübarizə apardığı Anhaltda (Saksoniya) Helme çayına baş çəkib.
Mənbə: dw.com