ABŞ dövlət katibi Türkiyədə səfərdədir
ABŞ-nin dövlət katibi Entoni Blinken Türkiyədə səfərdədir.
Bu barədə İHA məlumat yayıb.
Bildirilib ki, dövlət katibi və heyəti Qəzzadakı vəziyyəti müzakirə etmək üçün Türkiyə və Yunanıstanı əhatə edən turne çərçivəsində İstanbula gəlib.
Agentliyin məlumatına görə, diplomatın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidanla görüşü gözlənilir.