Jan 05

Növbədənkənar prezident seçkisi: YAP ilkin maliyyə hesabatını təqdim edib

Hakim Yeni Azərbaycan Partiyası prezidentliyə qeydə alınmış namizədinin seçki fondlarının gəlir və xərclərinin ilkin maliyyə hesabatını açıqlayıb.

Mozalan.az-ın məlumatına əsasən, YAP bununla bağlı sənədi Mərkəzi Seçki Komissiyasına təqdim edib.

İlkin maliyyə hesabatında YAP-ın gəlirlərinin cəmi 250 min manat həcmində göstərilib. 

Bundan sonra YAP ikinci və yekun maliyyə hesabatlarını təqdim edəcək.

Qeyd edək ki, MSK YAP-ın prezidentliyə namizədi İlham Əliyevin namizədliyini qeydə alıb.

Xatırladaq ki, Azərbaycanda 2024-cü ilin fevralın 7-də növbədənkənar prezident seçkisi keçiriləcək.

Bənzər xəbərlər

Gündəm

0.023589849472046