Jan 05

Şimali Koreya Cənubi Koreya adalarına doğru 200-ə yaxın artilleriya mərmisi atıb

Şimali Koreyanın sahil artilleriyası Cənubi Koreyanın Sarı dənizdə yerləşən adalarına doğru 200-dən çox mərmi atıb.

Məlumata görə, Cənubi Koreyalı mülki şəxslər və hərbçilər arasında itki yoxdur. Mərmilər Seulun faktiki dəniz sərhədi hesab etdiyi şimal demarkasiya xəttinin yaxınlığına düşüb. Cənubi Koreya ordusunun verdiyi xəbərə görə, onlar cavab tədbirləri görürlər.

Bildirilir ki, bundan əvvəl 2010-cu ildə Şimali Koreya artilleriyasının atəşinə məruz qalan Cənubi Koreyanın nəzarətində olan Yeonfendo adasının sakinlərinə Pxenyandan “mümkün təxribat” fonunda dərhal təxliyə əmri verilib. Həmçinin Pannendo adasında da təxliyə elan edildiyi bildirilir.

Mənbə: Yonhap

Bənzər xəbərlər

Gündəm

0.028964042663574