Jan 03

ABŞ Qətərlə gizli razılığa gəldi

Birləşmiş Ştatlar Qətərdəki Əl-Udeyd aviabazasındakı qüvvələrinin mövcudluğunu daha on il müddətinə uzatmaq barədə yerli halimiyyətlə razılığa gəlib.

Bu, Vaşinqtonun Yaxın Şərqdəki ən böyük aviabazadır.

Müqavilənin uzadılması barədə ictimaiyyətə məlumat verilməyib.

Qeyd edək ki, bölgədəki gərginlik fonunda sözügedən bazanın Ağ Ev üçün əhəmiyəti daha da artıb. Baza on mindən çox ABŞ əsgərini qəbul edə bilər. O, əvvəllər ABŞ-nin Əfqanıstan, İraq və regionun digər ölkələrində hava əməliyyatlarının mərkəzi olub. Baza həm də Qətər və Britaniya Hərbi Hava Qüvvələrinə ev sahibliyi edir.

Xatırladaq ki, ABŞ-nin müdafiə naziri Lloyd Ostin dekabr ayında Əl-Udeydə səfər edib. Razılaşmaların məhz həmin dövrə təsadüf etdiyi güman edilir.

Mənbə: Kommersant.ru

Bənzər xəbərlər

Gündəm

0.062649965286255