Fransada ərzaq məhsuhlları kəskin bahalaşıb
Fransada son il yarım ərzində ərzaq qiymətlərində kəskin artım olub.
“Insee” milli statistika institutunun məlumatına görə, ölkədə 2022-ci ilin yanvarından 2023-cü ilin avqustuna qədər ərzaq qiymətləri 17,9% artıb. Xüsusilə çörəyin, ətin və südün qiyməti kəskin bahalaşıb.
“E.Leclerc” supermarketlər şəbəkəsinin rəhbəri Mişel-Eduard Leklerkin sözlərinə görə, yaxın gələcəkdə ərzaq qiymətləri 6-8% artmaqda davam edə bilər. Belə ki, istehsalçı şirkətlər istehsal xərclərinin artmasına işarə edir ki, bu da qiymətlərin yüksəlməsini zəruri edir.
Qeyd edək ki, aparıcı Avropa ölkələrində ÜDM-in azalması fonunda qiymət artımı qitə iqtisadiyyatının üzləşdiyi çətinliklərdən xəbər verir.
Mənbə: novostivl.ru