Jan 02

Yaponiyada zəlzələdə ölənlərin sayı artıb - FOTO

Yaponiyada baş verən silsilə zəlzələlərdə ölənlərin sayı 30-a çatıb.

Prefekturadan bildirilib ki, ən ağır vəziyyət davam edən zəlzələlərin episentrinin yaxınlığında olan İşikavadadır. Orada azı 50 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 200-dən çox evdə yanğın baş verib, 100-dən çox yaşayış binası uçub, ən azı 17 evin dağıntıları altında qalanlar var.

Hadisə yerində xilasedicilər və yanğınsöndürənlər fasiləsiz işləyirlər. Faciənin nəticələrinin aradan qaldırılmasına kömək etmək üçün Yaponiyanın özünümüdafiə qüvvələrinin bölmələri də bölgəyə cəlb olunub.

Xatırladaq ki, yanvarın 1-də Yaponiyanın qərbində 7,6 bala çatan güclü zəlzələlər baş verib, yeraltı təkanlar Osaka və Kiotoda hiss edilib. Təbii fəlakət 1885-ci ildə müşahidələr başlayandan bəri regionda baş verən ən güclü zəlzələ hesab edilib.

Mənbə: Kyodo

Bənzər xəbərlər

Gündəm

0.054008007049561