Yeni il gecəsi Fransada 745 maşın yandırılıb - VİDEO
Yeni il gecəsi Fransada 745 avtomobil yandırılıb, müxtəlif cinayət tərkibli hadisələrlə əlaqədar saxlanılanların sayı isə 380 nəfəri keçib.
Bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen məlumat verib.
Nazir qeyd edib ki, baş vermiş bütün qanun pozuntularına rəğmən, ötən gecə 2022-ci illə müqayisədə ümumilikdə daha sakit keçib.
J.Darmanen əlavə edib ki, iğtişaşların yatırılması zamanı 40-a yaxın hüquq-mühafizə orqanının əməkdaşı xəsarət alıb ki, bu da bir il əvvəlkindən 40 faiz azdır.
Mənbə: CNews