Litvada 60 yaşadək ehtiyatda olan əsgərlər təlimə çağırılacaqlar
Litva Silahlı Qüvvələrinin komandanlığı təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən yaşı 60-dan aşağı ehtiyatda olan əsgərlərin təlimə çağırılmasını təklif edib.
Məlumata görə, Litvada hazırda 38 minə yaxın aktiv ehtiyat əsgər və 80 minə yaxın təlim keçmiş ehtiyat əsgər var.
Dəyişikliyin qəbul edilməsinin lehinə 98 deputat səs verib, 1 deputat isə bitərəf qalıb.
İndi analoji təşəbbüslə qanun layihəsi Litva Seyminin komitələrində müzakirəyə çıxarılacaq. Dəyişikliklərin 2024-cü il iyulun 1-dən qüvvəyə minməsi gözlənilir.
Mənbə: mk.ru