Kamçatkaya Yeni il gəldi: Üç dəqiqə sonra zəlzələ oldu
Kamçatkada 4,8 bal gücündə zəlzələ baş verib.
Yerli sakinlər yeni ilin gəlişindən üç dəqiqə sonra, yanvarın birində yeraltı təkanlar hiss ediblər.
Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
“Petropavlovsk-Kamçatskdə zəlzələnin episentri rayon mərkəzindən 67 kilometr aralıda, Avaça buxtasında yerləşib”, - məlumatda deyilir.
Bildirilir ki, ocağın dərinliyi dəniz dibinin təxminən 60 kilometr altında olub. Təkanlar nəticəsində dağıntı və tələfat olmayıb. Sunami təhlükəsi elan edilməyib.
Mənbə: mk.ru