Məşhur kurort adasından 164 əcnəbi qovuldu
İndoneziyanın Bali adasının hakimiyyəti 2023-cü ildə 164 əcnəbini deportasiya edib.
Bu barədə bazar günü, dekabrın 31-də adanın immiqrasiya şöbəsinin rəhbəri Denpasara Suhendra bildirib.
“Deportasiya edilən 164 əcnəbi vətəndaşdan 85-i qanunlara və qaydalara əməl etməməkdə, 79 əcnəbi isə viza müddətini gecikdirməkdə günahkardır”, - deyə o, bəyan edib.
Eyni zamanda, o qeyd edib ki, deportasiyaya məruz qalan əcnəbilərin ən çoxu, yəni 59 nəfəri Rusiyadan gəlib. Bundan əlavə, 15 Avstraliya vətəndaşı, həmçinin 14 ABŞ vətəndaşı deportasiya edilib.
Həmçinin, adanın immiqrasiya xidməti bu il müxtəlif ittihamlarla, o cümlədən yaşayış icazələri və digər sənədləri saxtalaşdırmaq iddiası ilə 119 əcnəbini saxlayıb.
Mənbə: rbc.ru