Özünü “Ertoğrul”a bənzədən, 10 ildən sonra tərk edilən post, döyülən şagirdlər - YEKUN + FOTO/VİDEO
Daha bir ili başa vururuq. Yeni il yeni arzular, təzə qayğılar, köhnə il isə 12 ayın yekunu deməkdir.
Bu il cəmiyyətin müxtəlif sferalarında olduğu kimi, təhsil sahəsində də müxtəlif yaddaqalan, əlamətdar, bəzən də neqativ hadisələr baş verdi: elm və təhsil nazirinə yeni müavinlər təyin olundular, eləcə də bəzi ali məktəblər yeni rəhbərlərə tapşırıldı, Qarabağ Universitetinin yaradılması ilə bağlı sərəncam verildi, özünü “Ertoğrul”a bənzədən direktorla tanış olduq, bəzi orta məktəb direktorları işdən azad edildilər, təəssüf ki, müəllim zorakılığına məruz qalan və döyülən şagirdlər də oldu.
Mozalan.az 2023-cü ildə təhsil sahəsində baş verən əsas hadisələri təqdim edir:
Yanvarın 16-da Masallı şəhər 1 nömrəli tam orta məktəbdə qız sinif yoldaşı ilə mübahisə edib və özünü üçüncü mərtəbənin pəncərəsindən atıb. Xoşbəxtlikdən, sağ qalıb.
Yanvar ayında Bakı şəhəri, Xəzər rayonu R.M.Sadıqov adına 136 nömrəli tam orta məktəbdə 11-ci sinif şagirdləri arasında şəxsi münasibətlər zəminində də dava düşüb.
Röya Ayxanın və Seymur Talıbovun ali təhsil qalmaqalı...
Həmin ay Xalq artisti Röya Ayxanın və Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun qeyri-qanuni şəkildə Bakı Dövlət Universitetində ali təhsil ocağına qəbul olunmaları yayılıb.
BDU-dan bildirilib ki, universitetin məzunları arasında Röyalə Nəcəfova adlı şəxs yoxdur.
Universitetdən, həmçinin qeyd edilib ki, R.Nəcəfova BDU-ya əlavə təhsil üzrə qəbul olunub, lakin sonradan təhsil müəssisəsindən xaric edilib.
Dövlət İmtahan Mərkəzindən isə bildirilib ki, Seymur Vasif oğlu Talıbov da müvafiq qaydalara uyğun olaraq, 2003-cü ildə keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi test imtahanında iştirak edib, ödənişli əsaslarla Bakı Dövlət Universitetinin beynəlxalq hüquq ixtisasına qəbul olub. Qeyd edim ki, həmin il keçid balı 419 bal olub.
Yeni təyinatlar
İlin ilk ayının son günü Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri nazir müavini təyin edilib.
O, 2021-ci ilin iyun ayından 2023-cü ilin 30 yanvar tarixinədək Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.
Mayın 24-də elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, nazirliyin Aparat rəhbəri təyin olunub.
Pul tələb edən müəllim, yaşanan insidentlər
İlin ikinci ayında belə bir xəbər yayıldı ki, 49 nömrəli “İntellekt” məktəb-liseyinin ingilis dili müəllimi Könül Həsənova rəhbərlik etdiyi sinfin valideyn qrupuna səs ataraq istəyib:
“Mən pul üçün məcbur etmirəm. Amma siz bilirsiniz ki, şagirdlər istədikləri vaxt dərsdən qaçır, istədikləri vaxt qalırlar. Bunlara nə hesabına hörmət olunduğunu nəzərə almırsınız? Gücünüz çatan məbləği verin və siyahı tutulsun”.
Daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məktəbdə müvafiq araşdırma aparıldı.
Nəticədə məktəb-liseyin direktoru Təhminə Əsədovaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Belə hallara təkrar yol verildiyi halda daha ciddi tədbirlər görüləcəyi bildirilib.
Məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavininin ərizəsi nəzərə alınmaqla əmək müqaviləsinə verilib.
Bildirilib ki, müəllimlərlə bağlı da qanunauyğun tədbirlər görülüb.
Görünən odur ki, direktor hadisədən dərs çıxarmayıb. Çünki bir müddət sonra məktəbin direktoru orada xanədanlıq quraraq qohumlarını təhsil ocağına işə düzəltməsi, eyni zamanda, pul qarşılığında şagird yerini satması barədə iddialar səsləndi. Bildirildi ki, nəticədə orada təhsil almaq istəyən şagirdlər kənarda qalırlar.
Bir müddət sonra T.Əsədovanın vəzifəsinə son verilsə də, bu barədə məlumat mətbuatda yayılmayıb.
Bu il Biləsuvar, Şəmkir və bir neçə digər regionda da məktəb direktorları ilə müəllimlər arasında insidentlər baş verib.
Fevralın son günü Abşeron rayonunda yeddi yaşlı qızın şiddətə məruz qalması xəbəri yayılıb.
Uşağın bədənindəki izlərini görən müəllimlər hüquq-mühafizə orqanlarına müraciət ediblər. Araşdırmalarla məlum olub ki, onun anası erkən yaşında vəfat edib. Qadının iki azyaşlı övladı qalıb. Ata ikinci dəfə ailə qurub. Şagird də şiddəti elə ailədə görüb...
“Qalxın, Ertoğrul bəy gəlir”...
Novruz bayramı ərəfəsində Bakı şəhərində fəaliyyət göstərən 124 saylı məktəbdə keçirilən mərasimdə direktor qırmızı rəngli xalat geyinərək, başına kral tacı qoymasına dair görüntülər yayıldı.
Belə ki, direktor məktəbin akt zalına daxil olan zaman şagirdlər sıraya düzülüblər.
Onun müavinləri isə şagirdlərə: “Qalxın, Ertoğrul bəy gəlir”, - deyə göstəriş veriblər...
Xatırladaq ki, “Ertoğrul” obrazı “TRT 1” telekanalında yayımlanan “Diriliş Ertoğrul” serialındandır.
Orta təhsili olmayan direktor müavini
Mart ayının sonu daha bir məktəbdə insident baş verib.
Belə ki, Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə direktor Almaz Həsrət qapıları bağlatdırıb, təsərrüfat işləri üzrə müavininin içəri daxil olmasına icazə verməyib.
Məktəbdən bildirilib ki, sosial şəbəkədə bununla bağlı yayılan videogörüntülər Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmiş keçmiş təsərrüfat müdiri İsmət Yusifova tərəfindən :
“İşdən azad edilməsinə baxmayaraq, həmin şəxs davamlı olaraq zorla məktəbə daxil olur, təhsil müəssisəsinin iş ahəngini pozur. Hər dəfə xəbərdarlıq edilsə də, müxtəlif təhdidlərlə məktəb rəhbərliyinə hədə-qorxu gəlir. Bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.
Əslində, bu məktəbdə direktor və müavin arasında mübahisə 2022-ci ildən olub.
Çünki İ.Yusifovanın orta təhsilinin belə olmaması ilə bağlı xəbərlər yayılmışdı və müzakirələrə səbəb olmuşdu.
Məktəbin direktoru Almaz Həsrət iddia etmişdi ki, o, İsmət Yusifovanı vəzifəsindən azad etmək istəsə də, Bakı Şəhəri üzrə Təhsil İdarəsi bununla bağlı heç bir addım .
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, işəgötürmə də, işdən azadetmə də direktorun səlahiyyətindədir...
Külli miqdarda rüşvət
İlin ortasında Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsi Bərdə Rayonu üzrə Təhsil Sektorunda külli miqdarda yeyinti olub.
Sektorun mühasibinin mənimsəməyə yol verdiyi bildirilib.
Belə ki, analıq və əmək məzuniyyətinə çıxanların ödənişləri, eləcə də, əvəzçilik pulları az hesablanaraq mənimsənilib.
Qarabağ Regional Təhsil İdarəsi məlumatı təsdiqləyib və məsələ barədə idarə tərəfindən Baş Prokurorluğa müraciət edildiyini bildirib.
Bilikləri yoxlanan müəllimlər
İyunun 20-23-də dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçirilib. İmtahan ölkənin 13 müxtəlif şəhərində 23 mərkəzdə təşkil olunub.
Bütün ölkə üzrə iyunun 20-23-də 20 000-ə yaxın təhsilverən ibtidai sinif, iyunun 24-də isə 8 500-dən çox təhsilverən Azərbaycan dili və ədəbiyyat fənni üzrə sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə cəlb .
Ümumilikdə sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə 28 000-dən çox təhsilverən dəvət olunub.
Müəllimlərin təkrar sertifikatlaşdırmasından kəsilən 147 nəfər isə sonradan təhsil müəssisələrində digər vəzifələrdə işlə təmin edilib.
100-ə yaxın müəllim sertifikatlaşdırmanın müsahibə mərhələsindən kəsilib.
Qeyd edək ki, 2024-cü ilin iyun ayında daha 31 min müəllimin sertifikasiya imtahanı verəcəyi gözlənilir.
Yeni rektor, direktorlar
Bu ilin sentyabrında Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Bakı Mühəndislik Universiteti ilə Sumqayıt Dövlət Universitetinin rektorları .
Belə ki, sərəncamla Havar Əmir oğlu Məmmədov Bakı Mühəndislik Universitetinin rektoru vəzifəsindən azad edilib. Onun yerinə Yaqub Maksim oğlu Piriyev rektor təyin olunub.
Digər sərəncamla Elxan Bahadur oğlu Hüseynov Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Rüfət Eyvaz oğlu Əzizov isə SDU-nun rektoru təyin olunub.
Bu ilin oktyabrında 2022-ci ildə İlham Əliyevin fərmanına əsasən Elm və Təhsil Nazirliyi yanında yaradılan Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktorların təyinatı olub.
Belə ki, oktyabrın 2-də elm və təhsil naziri Emin Əmrullayevin imzaladığı müvafiq əmr ilə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru, isə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktorları təyin olunublar.
Eyni zamanda, oktyabrın 6-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsindən azad edilib və Eşqi Bağırova müavin təyin olunub.
Hazırda M.Vəliyeva BŞTİ-nin də müdiri vəzifəsini yerinə yetirir.
Oktyabr ayının 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Bu vəzifə avqust ayından boş idi. Çünki həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalovun sərəncamı ilə Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini vəzifəsindən azad edilmişdi.
Artıq Qarabağda məktəblər fəaliyyətə başlayıb. Bir sıra məktəblər açılsa da, bərpa-quruculuq işləri gedən rayonlarda da yeni məktəblər tikir.
Noyabrın 7-də Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin açılışı baş tutub.
Bildirilib ki, 960 şagird yerlik üçmərtəbəli bina beş blokdan ibarətdir. Burada hər biri 24 nəfərlik 40 sinif otağı, iki fizika, iki kimya, iki biologiya, iki texnologiya, iki informatika otağı, STEAM mərkəzi, kitabxana, oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı, rəssamlıq və musiqi kabinetləri, yeməkxana, akt və idman zalları, tibb, müayinə və inzibati heyət üçün iş otaqları var. Məktəb üçün ayrılan ərazidə futbol meydançası və digər zəruri yardımçı binaların inşası yekunlaşıb.
Şagirdə qarşı şiddət gizlədilib?
Noyabrın 27-də Bakı şəhəri, Suraxanı rayonunda fəaliyyət göstərən 89 nömrəli tam orta məktəbdə şagirdin zorakılığa məruz qalması ilə bağlı xəbərlər yayıldı.
Yeddinci sinif şagirdinin anası qızının xəsarət izləri olan fotosunu yayıb və iddia edib ki, övladı məktəbin ayaqyolunda üzləşib.
Təlim-tərbiyə işləri üzrə direktor müavinləri - Nuranə Hüseynova, Svetlana Əliyeva və Aygün Bağırova and-aman etdilər ki, heç kim zorakılıq göstərməyib.
Təbii ki, məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Arzulardan reallığa: Qarabağ Universiteti
İlin ən möhtəşəm xəbəri isə Prezident İlham Əliyevin yaradılması haqqında sərəncam imzalaması oldu.
Noyabrın 28-də imzalanan sərəncamla Qarabağ Universiteti Xankəndidə yaradılır.
Elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi brifinqdə də bildirib ki, 2024-cü ildən Xankəndidəki Qarabağ Universitetində 800-1 000 tələbənin təhsil alması .
Universitetdə müəllimlik, informasiya texnologiyaları, beynəlxalq ticarət və logistika, beynəlxalq münasibətlər fakültələri tədris olunacaq. Növbəti mərhələlərdə seçiminin artırılması nəzərdə tutulur.
Nazir əlavə edib ki, planlardan biri elmi-tədqiqat fəaliyyətinin Qarabağ Universitetində təşkil edilməsidir.
Yeni struktur bölmələr, kənarda qalanlar
Bu ilin təhsil sahəsində yaddaqalan məqamlardan biri də dekabrın 8-də ETN aparatında dəyişikliklərinin olması idi.
Belə ki, nazirliyin aparatında şöbə və sektorlar yenidən adlandırılıb, yeni şöbələr yaradılıb.
Yeni struktur bölmələr Məktəbəqədər və Ümumi Təhsil Siyasəti, Elm və Ali Təhsil Siyasəti, Peşə Təhsili Siyasəti, Uşaq və Gənclərin İnkişafı Siyasəti, İctimaiyyətlə Əlaqələr və Kommunikasiya, Strateji Planlaşdırma və İcraya Nəzarət şöbələri, Satınalmalar və Qrantlar Sektorudur.
Həmçinin, nazirliyin aparatında mövcud olan Beynəlxalq Əməkdaşlıq, Maliyyə, Təhsilin İqtisadiyyatı, Vətəndaşlara Xidmət və Sənədlərlə İş, Hüquq, İnsan resursları, Daxili nəzarət və Audit şöbələri də fəaliyyətlərini davam etdirəcəklər.
Struktur dəyişikliyindən sonra Ümumi və Məktəbəqədər Təhsilin Təşkili və İdarəolunması, Məktəbdənkənar Fəaliyyətin Təşkili və Təhsilin İnkişafı Proqramları şöbələri ləğv edilib.
Bununla yanaşı, Elnur Qəzənfər oğlu Əliyev nazirin müşaviri təyin edilib. Elnur Əliyev eyni zamanda Təhsil İnstitutunun direktoru vəzifəsini də icra edəcək.
Nazirin müvafiq əmri ilə Elvin Rüstəmov Aparat rəhbərinin müavini təyin olunub.
Aparılan vəzifə dəyişikliklərinə əsasən, Məktəbəqədər və Ümumi Təhsil Siyasəti Şöbəsinə Vəfa Yaqublu, Elm və Ali Təhsil Siyasəti Şöbəsinə Turxan Süleyman, Uşaq və Gənclərin İnkişafı Siyasəti Şöbəsinə Elnur Əliyev, Beynəlxalq Əməkdaşlıq Şöbəsinə Simuzər Feyzullayeva, İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinə isə Səbuhi Rzayev müdir təyin olunublar. Strateji Planlaşdırma və İcraya Nəzarət Şöbəsinin müdir səlahiyyətlərinin icrası isə Strateji Planlaşdırma və Koordinasiya Sektorunun müdiri Leyla Xəlilova Rzazadəyə həvalə olunub.
Maliyyə Şöbəsinin müdiri Rauf Orucov, Təhsilin İqtisadiyyatı Şöbəsinin müdiri Kənan Kərimzadə, Vətəndaşlara Xidmət və Sənədlərlə İş Şöbəsinin müdiri Rəşad Xanlarov, Hüquq Şöbəsinin müdiri Səbuhi Mahmudov, Daxili Nəzarət Şöbəsinin müdiri Gündüz Əbdülov, Audit Şöbəsinin müdiri isə Vaqif Məmmədovdur.
Aparılan dəyişiklik zamanı Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri yeni strukturda yer almayıb.
O, 2013-cü ildən nazirlikdə fəaliyyət göstərirdi və üç nazirlə işləmək şansı olub.
İlin sonuna doğru Emin Əmrullayevə daha bir müavin təyinatı baş tutub.
Belə ki, dekabrın 25-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Elm və Təhsil Nazirliyinin Təhsilin İqtisadiyyatı Şöbəsinin müdiri nazir müavini təyin edilib.
Son günlər məktəblilərin qızılcaya yoluxması halları artıb. Hətta bu xəstəlikdən dünyasını dəyişənlər var...
İlhamə Əbülfət