Dec 31

Taksi sürücüsü: “Yay ayında taksimdə gül-çiçək, quş-böcək saxlayırdım, bu dəfə yolka qurdum” - FOTO

Bir müddət əvvəl Bakıda qeyri-adi taksi fəaliyyəti ilə məşğul olan Emil Zamanlı adlı sürücüdən bəhs etmişdik. Emil bu dəfə də müştərilərini təəccübləndirib.

Moderator.az-a açıqlama verən Emil bildirib ki, avtomobilində yolka qurub.

O deyib: “İkinci il olacaq ki, taksi fəaliyyəti ilə məşğulam. Yay ayında maşınımda gül-çiçək, quş-böcək saxlayırdım. Fikirləşdim ki, maşınımı qış ayında yeni il ab-havasında bəzəyim. Ona görə də yolka və digər yeni il aksesuarları ilə maşınımı bəzədim. Taksimə minə müştərilərə də bu çox xoş gəlir. Elə insan var ki, fikirlidir, problemləri var, amma taksiyə daxil olan kimi problemlərini unudurlar. İnsana xoş təsir bağışlayır.

Əslində bu ideyanı mənə bir müştərim vermişdi. O mənə gül hədiyyə etdi, mən də onu maşınıma qoydum. Hər şey belə başladı. Düşündüm ki, niyə də maşınım “Çiçək taksi” olmasın ki?! Müştəriləri düşünüb, belə addım atmışam. Peşman da deyiləm. Bilirsiniz ki, son illərdə taksi sürücülərinin adları heç də yaxşı çıxmayıb. Sürücü-müştəri münasibətləri hər zaman yaxşı olmayıb. Mən müştərilərimə qarşı çox həssasam, onlara çox diqqətlə davranıram, onlar da bu münasibəti qiymətləndirirlər.

Ən xoş günlərini mənim taksimdə qeyd edənlər də olub. Tort kəsib, şam üfürüblər. Artıq müştərilərim kifayət qədərdir. Nömrəmi götürüb sırf bu taksi ilə getmək istədiklərini bildirirlər. Onların məmnuniyyətini qazandığım üçün çox şanslı və xoşbəxtəm”.

Bənzər xəbərlər

Gündəm

0.045519828796387