HƏMAS-ın girovlarla bağlı danışıqları bərpa etmək istəyir
Qətər HƏMAS-ın girovlarla bağlı danışıqları bərpa etmək istəyi barədə İsraili xəbərdar edib.
Məlumata görə, qətərli vasitəçilər İsrailə bildiriblər ki, HƏMAS 40-a yaxın girovun azad edilməsi ilə bağlı razılığa gəlmək üçün danışıqlar masasına qayıtmağa razıdır.
Qeyd edək ki, İsrail Qətərin mesajına çox diqqətlə yanaşır və yaxın gələcəkdə HƏMAS-ın nə qədər ciddi olduğunun aydınlaşacağını vurğulayır. Son günlər danışıqlar dondurulub.
Mənbə: gazeta.ru