Çində kəndlilər Buddanın 1400 illik heykəlini rəngləyiblər - FOTO
Çinin cənub-qərbində yerli sakinlər Buddanın 1400 illik heykəlini al-əlvan rənglərlə boyayaraq, onu zədələyiblər.
Qeyd olunur ki, heykəlin onların istəklərini yerinə yetirdiyini düşünən sakinlər bu əməli təşəkkür məqsədilə ediblər.
Sıçuan əyalətinin Nantsyan dairəsində yerləşən Budda heykəli Şimali Vey dövrünün sonunda (386-534) yaradılıb və buddist mədəniyyəti və incəsənəti ilə bağlı tədqiqatlar sahəsində böyük dəyərə malikdir. Bu, Sıçuan əyalətində daşdan oyulmuş yeganə heykəllərdir.
Yerli mədəni qalıqların mühafizəsi bürosunun rəsmisi bildirib ki, artefakt 2021-ci ildə aşkar edilib və hələ də irsin qorunması siyahısına daxil edilməyib. O qeyd edib ki, heykələ zərər vuran kənd sakinlərinin yaşı 70-80 arasında olub.
“Yəqin ki, onları cəzalandırmaq olmaz. Onları yalnız maarifləndirmək lazımdır”, - deyə o əlavə edib.
Hadisə yerinə baxış keçirmək üçün dəvət olunmuş mütəxəssislər heykəlin akril boyalarla rəngləndiyini və bərpa oluna biləcəyini bildiriblər.
Xatırladaq ki, bu, Çində ilk belə hadisə deyil. 2018-ci ilin avqustunda Sıçuan əyalətindəki Fenqmen məbədindəki Budda heykəlləri yağlı boya ilə örtülmüş və sementlə təmir edilmişdi.
Mənbə: NBC