Dec 29

Mülki müdafiə ilə bağlı müşavirələr keçirilib

Fövqəladə Hallar Nazirliyi Şimal-qərb Regional Mərkəzinin təşəbbüsü ilə Zaqatala və Qax Rayon İcra hakimiyyətlərində “2023-cü ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib.

Mozalan.az nazirliyə istinadən xəbər verir ki, tədbirlərdə FHN-in Şimal-qərb Regional Mərkəzi, sözügedən rayonların icra hakimiyyətləri, təhsil sektorları, eyni zamanda yerli özünüidarəetmə orqanlarının nümayəndələri, aidiyyəti dövlət təşkilatlarının məsul şəxsləri iştirak ediblər.

Tədbirlərin keçirilməsində əsas məqsəd mülki müdafiə sahəsində mövcud vəziyyət, problemlər və onların həlli yollarının müzakirəsi olub.

Müşavirələrdə çıxış edənlər keçirilən tədbirlərin əhəmiyyətindən danışıb, mülki müdafiə işinin təşkili ilə bağlı birgə fəaliyyətin vacibliyini vurğulayıblar.

Tədbirlərdə Şimal-qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən ərazidə yerləşən mülki müdafiə obyektlərində keçirilmiş monitorinqin nəticələri haqqında ətraflı məlumat verilib. Həmçinin, qeyd olunub ki, cari ilin təqviminə uyğun olaraq şəhər və rayonların ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.

Müşavirələrdə qarşıda duran vəzifələr müzakirə olunub, suallar cavablandırılıb.

 

Bənzər xəbərlər

Gündəm

0.031574964523315