Dec 29

105 yaşlı qadın uzunömürlülüyün sirrini açıb

ABŞ-dən olan qadın doğum gününü bir stəkan viski ilə qeyd edib.

Məlumata görə, ABŞ-nin Ohayo ştatından olan Florens Hekman “Traditions of Deerfield” Qocalar evində 50-dən çox qonaqla 105 yaşını keçirib.

Qeyd edək ki, Hekmana təqdim olunan əsas hədiyyə 105 mini şüşə darçınlı viski içkisi olan səbət olub. Viski şirkəti Hekmana bu sürprizi onun hər gün bir şüşə viski içdiyinə görə edib. 1918-ci il təvəllüdlü qadın viskini uzunömürlülüyünün bir sirri hesab etdiyini bildirib.

Mənbə: lenta.ru

Bənzər xəbərlər

Gündəm

0.029011011123657