Dec 29

ABŞ-dən olan stomatoluqun “peşəkarlığı” ona baha başa gəldi

ABŞ-nin Minnesota ştatının sakini Ketlin Uilson diş həkimini məhkəməyə verib.

Səbəb isə stomatoloqun xəstənin 28 dişini bir seansa müalicə etməyə cəhd etməsi olub.

Qeyd olunur ki, həkim beş saat ərzində xəstəyə səkkiz diş qapağı və 20 plomb qoyub.

Həkim ağrıları azaltmaq üçün K.Uilsona iki dəfə anesteziya verib.

Lakin bir müddət sonra K.Uilson yenidən dişlərindən şikayət edib və başqa həkimə müraciət etməli olub. 

Nəticədə xəstə dişlərini təkrar müayinə və müalicə etdirməli olub.

Artıq qadın həkimə qarşı məhkəmədə iddia qaldırıb.

Əgər həkimin səhlənkarlığı sübuta yetirilsə, o, 50 min dollar kompensasiya ödəməli olacaq.

Mənbə: The Independent

Bənzər xəbərlər

Gündəm

0.017873048782349