İtaliyanın baş naziri xəstələndi: Diaqnozu məlum oldu
İtaliyanın baş naziri Corcia Meloni xoşxassəli paroksismal mövqeli başgicəllənmələrdən əziyyət çəkir.
Məlumata görə, diaqnoz otolarinqoloqun müayinəsindən sonra qoyulub.
Müəyyən prosedurlardan sonra 46 yaşlı siyasətçi özünü yaxşı hiss edib.
Bildirilir ki, Meloninin diaqnozu əslində daxili qulağın xəstəliyidir. O, qulaqlarda tıxanma və səs-küy, sistemli başgicəllənmə, eşitmə və vestibulyar funksiyaların pozulması ilə xarakterizə olunur. Xəstəlik residiv xarakterə malikdir.
Qeyd olunur ki, xəstəliyə görə, baş nazirin dekabrın 28-nə təyin edilmiş ilin yekunlarına dair mətbuat konfransı ləğv edilib. Tədbirin yeni tarixi gələn il yanvarın 4-nə təyin edilib.
Mənbə: TASS