Rusiyada prezidentliyə namizədlərin sayı 33 nəfərə çatıb
Rusiya Federasiyasının prezidentliyinə namizədliyini irəli sürmək üçün müraciət edənlərin sayı 33 nəfər təşkil edir.
Mozalan.az APA-nın Moskva müxbirinə istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova bildirib.
MSK rəhbəri qeyd edib ki, bu günə olan məlumata görə, prezident seçkilərində 9 namizəd partiyalar tərəfindən, 24 nəfər isə müstəqil namizəd kimi seçkilərdə iştirak etmək niyyətindədir.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri gələn il martın 17-də keçiriləcək. Rusiyalı seçicilər martın 15-dən başlayaraq üç gün müddətimdə səsvermədə iştirak edə biləcəklər.