Fidan Blinkenlə F-16-ların Türkiyəyə satışını müzakirə edib
Türkiyənin xarici işlər naziri Hakan Fidan qarşı tərəfin xahişi ilə bu gün ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb.
Söhbət zamanı Fidan Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin dünən qəbul etdiyi qərara istinad edərək, İsveçin NATO-ya üzvlüyü ilə bağlı prosesin parlamentin məsuliyyəti altında davam etdiyini bildirib.
O, qeyd edib ki, F-16 satışı ilə bağlı ABŞ administrasiyası və Konqresinin müttəfiqlik ruhuna uyğun hərəkət etməsi və üzərinə götürülmüş öhdəliklərin yerinə yetiriləcəyi gözlənilir.
Söhbət zamanı Qəzzadakı son hadisələr də müzakirə edilib. Türkiyə xarici işlər naziri xatırladıb ki, Qəzzada atəşkəs olmalı və daimi sülh danışıqları ən qısa zamanda başlamalıdır.
Mənbə: TRT