Dec 27

TƏBİB: “Məktəb və uşaq bağçalarında nəzarət-profilaktik tədbirlər davam etdirilir” - FOTO

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrinin tibb işçiləri (həkim və tibb bacıları) tərəfindən paytaxt ərazisində fəaliyyət göstərən məktəbəqədər və orta ümumtəhsil müəssisələrində nəzarət-profilaktik tədbirləri, tibbi müayinələr davam etdirilir.

TƏBİB-dən verilən məlumata görə, bu proses uşaqların yoluxucu infeksion xəstəliklərdən qorunması və bu xəstəliklərin onlar arasında yayılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilir.

Qeyd olunub ki, bu məqsədlə ümumtəhsil və məktəbəqədər tədris müəssisələrində filtrlərin (termometriya aparılması) fəaliyyəti, əks-epidemik və dezinfeksiya tədbirləri həyata keçirilir:

“Şagirdlər tədris müəssisələrinə daxil olan zaman ilk növbədə giriş hissədə onların hərarəti ölçülür, şagirdlər arasında hərarəti normadan artıq olanlar aşkarlandığı halda təhsil müəssisələrində fəaliyyət göstərən tibb işçiləri tərəfindən nəzarətə götürülür, onların tədris prosesinə cəlb olunmasının, digər uşaqlarla təmasda olmasının qarşısı alınır. Sağlamlıqları ilə bağlı hər hansı şübhəli vəziyyət aşkar olunan şagirdlərə həkim baxışı həyata keçirilir. İlkin müayinələrdən sonra ehtiyac yaranarsa, həmin şagirdlər aidiyyəti üzrə ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə yönləndirilir. Habelə, yoluxucu xəstəliklərin aşkar olunduğu hər bir təhsil müəssisəsində dərhal dezinfeksiya tədbirlərinin həyata keçirilməsi, şübhəli şəxslərlə təmasda olan şəxslərin müvafiq tibb işçiləri tərəfindən müayinə və müşahidə aparılması işinin gücləndirilməsi həyata keçirilir”.

Bənzər xəbərlər

Gündəm

0.026713848114014