Dec 27

ABŞ-da ermənipərəst senatorun məhkəmə prosesinin təxirə salınmasına dair müraciəti rədd edilə bilər

ABŞ-da ermənipərəst senator Bob Menendezin korrupsiya ittihamı ilə bağlı məhkəmə prosesinin təxirə salınmasına dair müraciəti rədd edilə bilər.

Mozalan.az xəbər verir ki, bu barədə “New York Post” nəşri yazıb.

Nəşrin sözlərinə görə, ABŞ-ın Nyu-York ştatının Cənub dairəsinin federal prokuroru Damian Uilliams ermənipərəst senator Bob Menendezin korrupsiya ittihamı ilə bağlı məhkəmə prosesini Nyu-Cersi ştatında keçiriləcək ilkin seçkiyə qədər təxirə salmağa dair müraciətini rədd etməyi xahiş edib.

Qeyd edək ki, senatorun məhkəməsinin 6 may 2024-cü ildə başlaması nəzərdə tutulub. Ötən həftə Bob Menendez və digər müttəhimlərin vəkilləri işin mürəkkəbliyini, hökumət tərəfindən məhkəmə prosesinə dair məlumatların təqdim edilməsi vaxtını və materialların həcminin böyüklüyünü əsas gətirərək, hakimdən məhkəməni gələn il iyulun əvvəlinə təxirə salmağı xahiş ediblər.

Bənzər xəbərlər

Gündəm

0.032021045684814