Elm və təhsil naziri Küveyt Dövlətinin ölkəmizdəki səfiri ilə görüşüb
Dekabrın 26-da elm və təhsil naziri Emin Əmrullayev Küveyt Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Abdullah Mohamed Abdullah Almauidi ilə görüşüb.
Mozalan.az xəbər verir ki, görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri müzakirə edilib.