Goranboyda 29 yaşlı qadın dəm qazından zəhərlənib
Goranboyda zəhərlənmə faktı qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə rayon sakini, 1994-cü il təvəllüdlü Turanə Novruzova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Qadına yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, T.Novruzova yaşadığı evin hamam otağında dəm qazında zəhərlənib.