Dec 27

Fransada oynayan rusiyalı futbolçu: “Pelmeni üçün darıxıram”

“Monako” klubunun rusiyalı futbolçusu Aleksandr Qolovin Avropada ən çox nədən ötrü darıxdığını açıqlayıb.

Məlum olub ki, 27 yaşlı futbolçu rus mətbəxinin ən sevilən yeməklərindən biri olan pelmenini tez-tez arzulayır.

O qeyd edib ki, pelmeni üçün çox darıxır.

Aleksandr Qolovin karyerasını bitirəndən sonra Rusiyaya qayıtmaq istədiyini də bildirib.

Futbolçu əlavə edib ki, Rusiyanı çox istəyir və orada onun doğmaları, dostları yaşayırlar.

Mənbə: Rsport

Bənzər xəbərlər

Gündəm

0.033182144165039