Şirvanda avtomobil piyadanı vuraraq ağır yaralayıb
Şirvanda avtomobil piyadanı vuraraq ağır yaralayıb.
APA-nın məlumatına görə, hadisə Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb.
“Ford” markalı 90 CY 719 dövlət nömrə nişanlı avtomobil yolu keçən piyada, Tovuz rayonu Qaraxanlı kənd sakini, 1996-cı il təvəllüdlü Əli Ələmdar oğlu Məmmədovu vurub.
Piyada müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.