Bu il Azərbaycanda əcnəbilər bank kartları ilə 2 mlrd. manata yaxın əməliyyatlar aparıb
2023-cü ilin yanvar-noyabr aylarında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 1 milyard 991 milyon manat, yalnız noyabr ayında isə 181.9 milyon manat dəyərində əməliyyatlar aparılıb.
Bu barədə “Mozalan.az” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qeyd edək ki, bu göstəricinin həcmi 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 1.4%, noyabr ayı ilə müqayisədə isə 15% çoxdur.