Mingəçevirdə 66 yaşlı qadın dəm qazından boğularaq ölüb
Mingəçevirdə qadın dəm qazından boğularaq ölüb.
Mozalan.az xəbər verir ki, şəhər sakini, 1957-ci il təvəllüdü Şanba Əfəndiyeva dəm qazından zəhərlənib. Xəstəxanaya yerləşdirilən qadın orada ölüb.
Araşdırma aparılır.