Laçın təhsil şefinin korrupsiya ansamblından milyonluq dosye...
2016-cı ildə Laçının icra başçısı Aqil Nəzərliyə pul verərək rayon təhsil şöbəsi müdiri təyin edildiyi iddia olunan Nicat Həsənov vəzifəsindən azad oluna bilər.
Onu Beyləqanın təhsil şefi Xuraman Rüstəmovanın aqibəti gözləyir və fəaliyyəti haqda dosye Təhsil Nazirliyinə məruzə olunub.
Cahan.info-nun əldə etdiyi məlumata görə, nazir Ceyhun Bayramova Nicat Həsənovun yarıtmaz fəaliyyəti diqqətə çatdırılıb.
Laçın təhsilinin inkişafdan geri qaldığı, regional təhsil idarəsi müdiri Malik Vəliyevin “bazarkom” fəaliyyətinin bu rayonu da əhatə etdiyi, Laçın icra başçısı ilə Nicat Həsənovun bu trionu tamamladığı bildirilir.
Laçın rayon Təhsil Şöbəsində baş verən qanunsuzluqlarla bağlı Abdul Abdullayev prezidentə yazmışdı ki, Laçın Kaha tam orta məktəbində 18 nəfər texniki işçi fəaliyyət göstərir. Ancaq məktəbin tabelində 11 nəfərin adı göstərilib.
“Belə başa düşmək olar ki, yəqin yerdə qalan 7 nəfərin əmək haqqı kartı rüşvətxor Nicat Həsənovun öz cibindədir. Nicat bəyin çirkin əməlləri dözülməz həddə çatıb.
Bu məmura dayan, dur sözü deyən yoxdur, təhsilimizi bazar qaydası ilə idarə edir. Nicat Həsənov Laçın məktəblərində ailəvi ansambl yaradıb”.
Naraziliq edənlərdən biri isə Xudayarov Baxşeyiş yazırdı ki, Nicat Həsənov ixtisasca iqtisadçıdır kağız üzərində faliyyət göstərən Uşaq Gənclər İdman məktəbinin rəhbəri olub, heç bir pedaqoji fəaliyyəti yoxdur.
“Ceyhun Bayramova və Aqil Nəzərliyə sual olunur - əgər Nicat Həsənovdan rüşvət almayıblarsa Laçında 120-dən çox ümumtəhsil məktəb direktoru var, bunlar içərisində potensialı olan bir nəfər tapılmadı təhsil şöbəsinin müdiri vəzifəsinə təyin olunsun?
Nicat Həsənov 2016-2017-ci tədris ilinin məktəb şəbəkələrini qəbul edərkən direktorlardan sinif komplektlərinin sayında asılı olaraq hər bir məktəb direktorundan 1000-1500 manat rüşvət yığaraq Təhsil haqqında Qüvvədə olan normativ hüquqi aktların tələblərini pozaraq ümumtəhsil məktəblərində sinif komplektləri normadan artıq saxlanılması üçün direktorlara 2-3 uşağın adına şəbəkə tutdurub.
Nicat Həsənov Ümumtəhsil məktəblərindəki texniki ştatları 500 manata satır. Nicat Həsənov Azərbaycan Respublikasının Təhsil haqqında qanunları,Təhsil Nazirliyinin müvafiq əmr və sərəncamlarını kobudcasına pozaraq Bakı şəhər orta ümumtəhsil məktəblərdə oxuyan 100-dən çox 9,10,11-ci sinif şagirdlərinin hər birindən 500 manat rüşvət alaraq Laçın rayonunun Bakı şəhərində yerləşən 50-dən çox orta ümumtəhsil məktəblərinin 9,10,11-ci siniflərinə qəbul edib.
Nicat Həsənov 9,10,11-ci siniflərin şagirdlərindən direktorlar vasitəsi ilə aylıq hesab alaraq məktəbdə dərs məşxələlərində iştirak etməmələri üçün şərait yaradır və bu şagirdlər reptitor yanında hazırlaşırlar.
Nicat Həsənov Təhsil haqqında qanunları pozaraq müəllimləri 2000 manat rüşvət alaraq kənar məktəblərdən mərkəzələrə yerdəyişmə edir.
Dövlət büdcəsindən Laçın rayon ümumtəhsil məktəblərinin 2016-2017-ci tədris ili üçün zəruri və əsaslı təmir bərpa işlərinə ayrılan vəsaitin bir qəpiyidə məktəblərin təmirinə xərclənməyib”.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.