PFL prezidenti və digər əməkdaşlarının son durumu AÇIQLANDI - VİDEO
Dekabrın 16-da səhər saatlarında Ağdam-Xankəndi yolunda qəzaya düşən Peşəkar Futbol Liqasının son vəziyyəti açıqlanıb.
Yaralıların yerləşdirildiyi “Liv Bona Dea Hospital”ın mətbuat katibi Samir Oruc Mozalan.az-a bildirib ki, əməliyyat olunan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov və PFL vitse-prezidenti Aslan Şahyəldigevin vəziyyəti stabildir:
“Reanimasiya şəraitində müalicələri davam edir. Digər dörd xəstə isə stasionar şəraitdə müalicə alır. Ümumi vəziyyətləri nisbi-stabildir”.
Qeyd edək ki, hadisə dekabrın 16-sı Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayonu ərazisindən keçən hissəsində baş verib.
Bakı şəhər sakini Rəsul Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, PFL texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
İlhamə Əbülfət