Dec 18

Qarabağ və Şərqi Zəngəzurda 705 tarixi-mədəni abidə qeydiyyata alınıb

Qarabağ və Şərqi Zəngəzurda 705 tarixi-mədəni abidə qeydiyyata alınıb.

Mozalan.az xəbər verir ki, bu barədə mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycanda ilk dəfə keçirilən "Mədəni İrs" forumunda çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, dövlət qeydiyyatına alınmayan çoxsaylı tarixi və arxeoloji abidələrimiz var ki, onlar işğal dövründə dağıntılara məruz qoyulub, 47 abidə yer üzündən silinib:

"433 tarixi-mədəni abidəyə baxış keçirilib, dövlət qeydiyyatında olmayan 182 abidənin monitorinqi aparılıb. Bu istiqamətdə Heydər Əliyev Fondunun gördüyü işləri xüsusilə qeyd etmək lazımdır".

"Təsadüfi deyil ki, işğaldan azad edilmiş ərazilərdə ilk abidələrin bərpa edilməsi məhz Heydər Əliyev Fondunun səyləri nəticəsində mümkün olub. Dövlət başçısının rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma, bərpa-quruculuq işlərinə Heydər Əliyev Fondunun qatqısı əvəssizdir”, - nazir müavini qeyd edib.

Bənzər xəbərlər

Gündəm

0.044379949569702