Dec 18

Şimali Koreyanın raket sınaqları: Bölgədə gərginlik artır

Şimali Koreyanın Yapon dənizinə doğru ballistik raket atdığı təxmin edilir.

Bu barədə Yaponiya Sahil Mühafizəsi məlumat yayıb.

Agentlik qeyd olunan ərazidəki gəmilərə xəbərdarlıq edib ki, ayıq-sayıq olsunlar və raket qalıqları aşkar edilərsə, onlara yaxınlaşmasınlar.

Tokio və Seul bu həftə Şimali Koreyanın ayın sonuna qədər ballistik raket buraxa biləcəyini açıqlayıb.

Qeyd edilir ki, Pxenyan 2023-cü ildə 20-yə yaxın raket buraxılışı həyata keçirib, o cümlədən qitələrarası ballistik raketlərin bir neçəsini sınaqdan keçirilib.

Xatırladaq ki, noyabrın 21-də Şimali Koreya da həmçinin “Malligen-1” adlı ilk kəşfiyyat peykini orbitə çıxarıb.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.056540012359619