Hərbi-Gürcüstan yolu yük avtomobillərinin hərəkəti üçün bağlanıb
Gürcüstanda hava şəraitinin pisləşməsi Hərbi-Gürcüstan yolunun yük maşınları üçün müvəqqəti bağlanmasına səbəb olub.
Qeyd olunur ki, dekabrın 17-si Moskva vaxtı ilə saat 16:30-dan (Bakı vaxtı ilə 18:30 – red.) etibarən növbəti xəbərdarlığa qədər Rusiyanın Vladiqafqaz şəhəri ilə Lars qəsəbəsi arasında Rusiyadan çıxış istiqamətində ağır avtomobillərin hərəkətinə qadağa qoyulub.
Hərbi-Gürcüstan yolu hazırda təkcə Gürcüstanı deyil, Ermənistanı da Rusiya ilə birləşdirən yeganə quru yoludur.
Mənbə: Interfax.ru