Dec 17

Fazil Mustafanın prezidentliyə namizədliyinin irəli sürülməsi barədə sənədlər MSK-ya təqdim edilib

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın prezidentliyə namizədliyinin irəli sürülməsi barədə sənədlər Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilib.

Fazil Mustafa “Report”a açıqlamasında bildirib ki, sənədlər bu gün MSK-ya təqdim edilib.

Qeyd edək ki, dekabrın 16-da Böyük Quruluş Partiyasının Ali Məclisi partiya sədri Fazil Mustafanın prezidentliyə namizədliyini irəli sürüb.

Xatırladaq ki, 7 fevral 2024-cü ildə Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Bənzər xəbərlər

Gündəm

0.055895805358887