Dec 15

Məktəblərdə "ağ ölüm"dən və narkomaniya bəlasından yeniyetmələri və gəncləri necə xilas etmək olar? - Ekspertdən MARAQLI TƏKLİF - VİDEO

Son günlər ölkədə narkomaniya ilə bağlı vəziyyətin heç də ürəkaçan olmaması ciddi addımların atılmasını zərurətə çevirir. Məlumdur ki, bu gün narkomaniya ən çox məktəblilər arasında yayılır. Bunun da bir sıra səbəbləri mövcuddur. Belə ki, yeniyetmələrin düşüncəsinin tam formalaşmaması və onların təsir altına tez düşməsi narkotacirləri məktəblilər arasında narkomaniyanı yaymağa sövq edir. Bu isə gələcəyimizin məhv olmasını şərtləndirən ən asan üsuldur. Bəs görəsən, "ağ ölüm"dən və narkomaniya bəlasından yeniyetmələri və gəncləri necə xilas etmək olar?

Mozalan.az xəbər verir ki, mövzu ilə bağlı "TehsilMedia.az"a danışan narkomaniya üzrə ekspert Emil Maqalov bildirib ki, narkomaniyanın gənc nəsil arasında yayılmasının qarşısını nisbətən almaq üçün məktəblərdə və digər təhsil ocaqlarında şagirdləri maarifləndirmək lazımdır: "Bu məsələdə ən böyük məsuliyyət isə psixoloqların üzərinə düşür. Lakin təəsüflər olsun ki, psixoloqların demək olar ki, 70 faizinin narkomaniya ilə bağlı məlumatı çox zəifdir. Odur ki, birinci növbədə psixoloqlarda bu məsələyə maraq yaradılmalı, digər tərəfdən isə onlar arasında narkotik və narkomaniya ilə bağlı maarifləndirici tədbirlər aparılmalıdır. Bu halda psixoloqların da şagird və tələbələrə danışmağa, onları məlumatlandırmağa informasiya bazaları olacaq".

Ekspertin sözlərinə görə, psixoloqlar narkomaniya ilə bağlı məlumatlı olsalar, daha çox gəlirli təlimlərə qoşularaq əlavə vəsait qazanarlar. Yəni 200-300 manat müqabilində məktəblərdə qalmazlar: "Bu, ağıllı bir yanaşmadır. Üstəlik, bu məsələdə digər bir məsələ psixoloqların özləırinə narkomaniya ilə bağlı təlimləri kimin keçəcəyi ilə bağlıdır. Psixoloqlara təlim keçmək üçün xüsusi səriştə tələb olunur. Ona görə də, bu məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi hərəkətə keçməlidir və müraciətlər etməlidir ki, biz ekspertlər də mövzu ilə bağlı hərəkətə keçək. Belə olan halda psixoloqlardan nə isə tələb etmək olar və onlar da şagird və tələbələri maarifləndirməkdə çətinlik çəkməzlər".

 

https://youtu.be/_84QO2soFJY

Bənzər xəbərlər

Gündəm

0.025670051574707