Aİ Şurası Gürcüstana namizəd statusunun verilməsini müzakirə edəcək
Avropa İttifaqı (Aİ) bu gün və sabah Gürcüstana namizəd statusunun verilməsini müzakirə edəcək.
Mozalan.az bildirir ki, APA-nın Tbilisi müxbiri xəbər verir ki, Aİ Şurasının 14-15 dekabr tarixlərində Brüsseldə keçiriləcək iclasında genişlənmə paketi müzakirəyə çıxarılacaq. 10 ölkəni əhatə edən paketə Gürcüstana namizəd ölkə statusunun verilməsi, Ukrayna və Moldova ilə, həmçinin Balkan ölkələri ilə üzvlük danışıqlarına başlanması daxildir.
Aİ üzvü olan 27 ölkənin liderləri tərəfindən konsensus əsasında qəbul ediləcək qərar iki günlük sammit çərçivəsində elan ediləcək.