Dec 11

Üç yaşlı Məryəmin anası fəryad edir: “Əməliyat üçün evimizi və maşınımızı satsaq da, pulumuz çatmır” - FOTO

Üç yaşlı Məryəmin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Mozalan.az-a onun anası Gülnar Məmmədova məlumat verib.

O bildirib ki, övladı qaraciyər sirrozundan əziyyət çəkir.

“Məryəmin bir yaşı olan zaman onun qaraciyər sirrozundan əziyyət çəkdiyini öyrəndik. Müalicələr etdirsək də, vəziyyəti müsbət yöndə irəliləmədi. Həkimlər vəziyyətinin daha da ağırlaşmadan qaraciyər köçürülməsi əməliyyatı etməyimizi tövsiyə etdilər. Hazırda əməliyyat üçün lazım olan məbləğin böyük hissəsini yığsaq da, məbləği tamamlaya bilməmişik”.

Gülnar Məmmədova övladının donorunun atası olacağını bildirib.

“Məryəmin donoru atası olacaq. Əməliyyat Türkiyədə yerləşən klinikalardan birində həyata keçiriləcək. Bunun üçün lazım olan 76 500 manatın 68 min manatını evimizi və maşınımızı sataraq, 5 500 manatını isə sizin saytın izləyicilərinin dəstəyi ilə toplaya bilmişik. Hazırda əməliyyat üçün 3 000 manatımız çatmır. İnanın, nə satmağa dəyərli əşyamız, nə borc ala biləcək tanışımız qalıb. Bütün ümidimiz sizin izləyicilərinizədir. Bilirik ki, onlar bizi yarı yolda qoymazlar. Yardımsevər şəxslərə bizə dəstək olmaları üçün yalvarıram. Mən övladımı itirməkdən çox qorxuram. O çox balacadır, mənim isə ilk və tək övladımdır. Yardımsevər şəxslərdən bizə yardım əllərini uzatmalarını xahiş edirəm”.

Bank Respublika: 4244 4848 4329 2461.

Ailə ilə əlaqə: (055) 725-18-65.

Bənzər xəbərlər

Gündəm

0.028230905532837