Dec 09

Bakı metrosunda sərnişinlər arasında dava: Müəllimi döyən şəxsə hökm oxundu

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “Koroğlu” stansiyası istiqamətində hərəkət edən qatarında müəllimi döyən sərnişinə hökm oxunub.

“Qaynarinfo”nun məlumatına görə, dava yaşlı iki qadına yer verməmək üstündə baş verib.

Belə ki, Adil (ad şərti) adlı müəllim saat 17:30-da metronun “Nəriman Nərimanov” stansiyasında qatara minib, həmin vaxt tanımadığı oğlan və qızın vaqonda qucaqlaşıb oturduğunu görüb. “Ulduz” stansiyasında qatara əllərində sellofan paket olan iki yaşlı qadın daxil olub. Qadınların əllərində yük olduğu üçün onlar əyləşmək istəyiblər və müəllim sözügedən gənclərin birinə yaxınlaşaraq, qadınlara yer verməsini istəyib. Gənclərdən biri isə ona kobud cavab verib.

Bu zaman Adil “tərbiyəsizə baxın, yer vermir, anası buna tərbiyə verməyib”, deyib. Bu sözdən xoşu gəlməyən 2004-cü ildə Bakı şəhərində anadan olmuş Vüsal (ad şərti) yerindən qalxaraq onunla danışmaq istəyib. Müəllim isə əli ilə onun sinə nahiyəsindən vuraraq, geri itələyib. Bundan sonra Vüsal yumruqla həmin şəxsin sifət və boyun, təpiklə qarın nahiyəsinə vurub.

Sərnişinlər onları ayıraraq, sakitləşdiriblər. Qatar stansiyada saxladıqdan sonra polis əməkdaşları hadisə eyrinə gəlib, onları aparıblar. Vüsal barəsində Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib.

Məhkəminin hökmü ilə Vüsala 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Bənzər xəbərlər

Gündəm

0.025731086730957