Məişət zorakılığı törədənlərin əsas faizi işləməyən şəxslərdir
“Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-23-cü illər üçün Milli Fəaliyyət Planı” əsasında aparılan ümumiləşdirmə zamanı məișət zorakılığı ilə bağlı cinayətlərin törədilməsində təqsirləndirilən șəxslərin yașı, təhsili, məsğuliyyəti ilə bağlı müəyyən göstəricilər də əldə edilib”.
Mozalan.az-ın məlumatına görə, bunu “Məişət zorakılığının qarşısının alınması: İmkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfransda panel müzakirəsi zamanı çıxışında Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi Ələsgər Novruzov deyib.
Onun sözlərinə görə, ümumiləşdirmənin nəticələrinə əsasən, 622 təqsirləndirilən şəxsdən 421 nəfəri (67,7 faizi) 25-45 yașında olan, yəni əmək potensiallı insanlardır:
“Təqsirləndirilən şəxslərin 352 nəfəri (56,6 faizi) ümumiyyətlə işləməyən şəxslərdir.
Təqsirləndirilən şəxslərdən 239 nəfəri (38,43 faizi) fərdi qaydada işlərə cəlb olunanlardır. Təqsirləndirilənlərdən yalnız 31 nəfəri (4,9 faizi) rəsmən iş yeri olan şəxslərdir. Məișət zorakılığı ilə bağlı olan cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin 27 nəfəri (4,3 faizi) ali təhsilli, 94,5 faizi orta təhsilli, iki nəfəri (0,32 faizi) natamam orta təhsillidir”.
İlhamə Əbülfət