Dəm qazından zəhərlənmə halları artır: Səssiz və iysiz gələn təhlükədən qorunmanın yolları - VİDEO
Son günlər dəm qazından zəhərlənmə halları xeyli artıb.
Xezerxeber.az-ın məlumatına görə, bəzi hallarda bu cür hadisələr daha ağır nəticələrə, ölümə səbəb olur.
Komunal xidmətlər üzrə ekspert Nüsrət Qasımov deyib ki, dəm qazı olduqca yüksək təhlükə mənbəyidir:
“Vətəndaşlar mütləq mavi yanacaqla davranış qaydalarını bilməli və ona əməl etməlidirlər. Təchizatçı ilə istehlakçı arasında daim rabitə olmalıdır. İldə iki dəfə mənzillərdə profilaktik yoxlamalar aparılmalıdır. Bundan başqa, qaz kəmərinin, onun avadanlıqlarının yerini icazəsiz dəyişmək olmaz. Bundan başqa, tüstü bacaları da ildə iki dəfə yoxlanılmalıdır. Çünki bəzi hallarda bacalar tutulur və yanmış qaz sovrulmur. Su qızdırıcılarına isə ildə dörd dəfə texniki baxış keçirilməlidir”.
Ekspert onu da əlavə edib ki, qaz sistemini nəzarətsiz qoymaq olmaz. Bu, təkcə qazdan boğulmaya deyil, həm də ağır partlayışlara səbəb ola bilər.
Ətraflı süjetdə: