Bədəni yanan Sərxanın anası fəryad edir: “Müalicə üçün dəstəyə ehtiyacımız var” - FOTO
Səkkiz yaşlı Sərxanın sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Mozalan.az-a onun anası Zeynəb İmamquliyeva məlumat verib.
Bildirilib ki, övladı bir ay əvvəl evdə qaz balonunun parlaması nəticəsində yanıb.
“Sərxanın 8 yaşı var. Bir ay əvvəl dərsdən gələndə özünə yemək qızdırmaq istəyib. Necə olubsa, qaz balonu partlayıb. Qolları, ayaqları, üzü yanıb. Hadisədən dərhal sonra Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq. Sərxan orada dəriköçürmə əməliyyatı keçirdi. Hazırda müalicələrini davam etdirmək üçün imkanımız qalmayıb. Əlimdə olanı, inanın, satıb onun müalicəsinə xərclədim. Hazırda müalicələri davam etdirmək üçün 800 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (055) 982-76-26.