Dec 02

Başında kista olan səkkiz aylıq körpənin yardıma ehtiyacı var - FOTO

Səkkiz aylıq Melisanın sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Mozalan.az-a onun anası Nuranə Əzizova məlumat yayıb.

O bildirib ki, övladı Melisanın başında kista var.

“Melisa mart ayında dünyaya gəlib. Doğulduğu ilk günlərdə hər şey qaydasında olsa da, daha sonrakı müayinələrdə onun başında kista olduğu müəyyən edildi. Həkimlər müalicələri düzgün və vaxtında etdirsək, kistanın çəkiləcəyini deyirlər. Hazırda müalicələri davam etdirmək üçün lazım olan 2 000 manatın 1 000 manatını sizin saytın izləyicilərinin köməyi ilə toplamışıq. Yardımsevər şəxslərdən bizə yenidən dəstək olmalarını xahiş edirəm, mən övladımı itirməkdən çox qorxuram”.

Ailə ilə əlaqə: (051) 919-91-09.

Bənzər xəbərlər

Gündəm

0.030152082443237