Nazir məktəbdə şagirdin xəsarət almasına münasibət bildirib
“Məktəb daxilində baş verən proseslərə görə birbaşa Elm və Təhsil Nazirliyini qınamaq düzgün deyil. Təbii ki, biz də hər hansı məsələnin ört-basdır edilməsini istəmirik”.
Mozalan.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi brifinqdə bildirib.
Nazir bildirib ki, bəzən mətbuatda məsələ araşdırılmamış yekun qərar verilir:
“Məsələnin dəqiqləşdirilməsini və nəticəni gözləməyi tövsiyə edirəm. Ən azından, etik prinsipləri qorumalıyıq, çünki bu, çox vacib məsələdir. Hadisə baş veribsə, mütləq araşdırılmalıdır və bunun üçün vaxt lazımdır”.
E.Əmrullayev əlavə edib ki, hazırda müşahidə edilən vəziyyət müəllim və məktəb üçün müsbət nüfuz yaratmır:
“Son hadisələrin araşdırılması göstərir ki, müəllimlər günahkar olmasalar da, bullinqə məruz qalırlar. Biz öz məsuliyyətimizi başa düşürük və hər şeyin ideal olmadığını bilirik”.
İlhamə Əbülfət