Ölüm xəbəri yayılan Arzu Rzayev: “Ayıb olsun”
Müğənni Arzu Rzayevin vəfat etməsi ilə bağlı yayılıb.
Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı sənətçinin ailəsi ilə əlaqə yaradıb.
Telefonun dəstəyini isə A.Rzayevin özü götürüb. Müğənni ölüm xəbərinin yayılması ilə bağlı bunları söyləyib:
“Bilmirəm, nəyə görə mənim ölüm xəbərimi yayılıblar. Səhərdən mənim bu nömrəmə nə qədər insan zəng edib. Ölkə xaricindən - İsraildən və Türkiyədən dostlarım şok vəziyyətində mənə zəng edirlər. Bu xoşagəlməz xəbərləri yayanlara bir tək sözüm var: “Sizə ayıb olsun”. Mən sağam... Amma bilmək olmaz bir saniyədən sonra nə olacaq. İnsanı diri-diri necə öldürmək olar? Allah hamının köməyi olsun”.