Nov 29

16 yaşlı Türkanənin dəstəyə ehtiyacı var: Müalicə üçün imkanları yoxdur - FOTO

16 yaşlı Türkanənin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Mozalan.az-a onun anası Dinar Allahverdiyeva məlumat verib.

O bildirib ki, övladı soltərəfli orta qulaq xolesteatoması xəstəliyindən əziyyət çəkir.

“Türkanənin eşitməsində anadangəlmə zəiflik olub. Beş il bundan öncə kəskin baş, qulaq ağrıları və qulaqda axıntılara görə həkimə müraciət etdik. Həkim onun qulağında maye toplandığını bildirdi və iki dəfə əməliyyat edildi. Hazırda yenidən eyni ağrılardan şikayət edir. Həkimə aparmışıq, həkim digər qulağında çürümə getdiyini bildirib. Müalicə üçün ümumilikdə 3 000 manata ehtiyacımız olsa da, bunun 2 000 manatını sizin saytın izləyicilərinin dəstəyi ilə toplaya bilmişik. Hazırda müalicəni davam etdirmək üçün 1 000 manata ehtiyacımız var. Bu müalicəni qarşılamağa, inanın, mənim gücüm yoxdur. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (051) 657-16-39.

Bənzər xəbərlər

Gündəm

1.7877171039581