MTK və sakin arasında narazılıq: 130 ailə kirayədə qalıb - VİDEO
Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 35 ünvanında yerləşən binalar qəzalı vəziyyətdə olduğundan sökülərək, yerində müasir binanın tikintisi planlaşdırılır.
Hazırda kirayə qalan sakinlər yeni və müasir mənzillə təmin ediləcəklər.
Belə ki, həmin ünvanlarda yaşayan 130-a yaxın ailə Mənzil-Tikinti Kooperativləri (MTK) ilə razılığa gəlib. Yalnız bir mənzilin sahibi qarşı tərəflə razılaşmır.
Bu problem isə artıq iki ildən çoxdur ki, davam edir.
Həmin müddət ərzində ailələr bir nəfərə görə mənzilsiz qalıblar.
Ətraflı “ATV Xəbər”in süjetində: