Jan 03

Azərbaycan yapışdırıcı maddələrin istehsalını artırıb

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 155 min ton yapışqan və yapışdırıcı maddələr istehsal edilib.

Mozalan.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin 2024-cü ilin dövrü ilə müqayisədə 27,8 % çoxdur.

Ötən il dekabr ayının 1-nə, ölkədə 10,8 min ton hazır məhsul ehtiyatı olub.

2024-cü ildə Azərbaycanda 136,6 min ton yapışqan və yapışdırıcı maddələr istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 11,7 % çoxdur.

Bənzər xəbərlər

Gündəm

0.019044160842896