“Nur şəhəri”nin küçəsi qaranlığa qərq oldu - VİDEO
“Nur şəhəri” olan Mingəçevirdə bir küçə qaranlığa qərq olub.
Xezerxeber.az-ın məlumatına görə, küçə itlərinin də çoxalması gecələr sakinləri qorxuya salıb.
Şəhərin Yaşar Muradov küçəsi də gecələr işıqsız qalanlardandır.
Sakinlər iddia ediblər ki, köhnə lampalar küçənin yalnız bir hissəsini işıqlandıra bilir. Ərazidə yaşayanlar bildiriblər ki, işıqsız küçədə sahibsiz itlərin də çox olması orada piyadaların hərəkətini daha da çətinləşdirir.
Sakinlər qeyd ediblər ki, Mingəçevirin ən ucqar məntəqələri də nura boyandığı halda, onların yaşadığı Yaşar Muradov küçəsi qaranlığa qərq olub.
Məsələ ilə bağlı Mingəçevir İşıqlandırma İdarəsindən bildirilib ki, geniş və ikitərəfli yol istiqamətinə malik olan küçə həqiqətən də birtərəfli qaydada zəif işıqlandırma sisteminə malikdir:
“Məsələnin həlli artıq gündəmdədir. İdarənin iş planına və növbəlilik qaydasına uyğun olaraq Yaşar Muradov küçəsinin işıqlandırma sistemi də tamamilə yenidən qurulacaq”.
Ətraflı süjetdə: